Çin lideri BRİKS toplantısına qatılmayacaq

Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin 6-7 iyul tarixində Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək BRİKS sammitində iştirak etməyəcək.

Jun 25, 2025 - 17:58
Çin lideri BRİKS toplantısına qatılmayacaq

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “South China Morning Post” un iyunun 25-də hökumət mənbələrinə istinadən məlumat yayıb.

Məmurların sözlərinə görə, “cədvəldə ziddiyyətlər” yarandığından Pekin artıq bununla əlaqədar Braziliya hökumətinə xəbərdarlıq edib. Çin nümayəndə heyətinə baş nazir Li Qianq rəhbərlik edəcək.

Nəşr qeyd edir ki, ÇXR lideri ilk dəfədir birlik iştirakçılarının illik toplantısında iştirak etməyə hazırlaşmır. 

Mənbələr bildirir ki, Si Cinpinin Rio-de-Janeyroda olmamasının səbəblərindən biri onun Braziliya prezidenti Lula da Silva ilə bu il artıq iki dəfə – keçən ilin noyabrında və bu ilin mayında G20 sammitində görüşməsidir.
 
İyunun 21-də məlum olub ki, Rusiya prezidenti Vladimir Putin Braziliyada keçiriləcək BRİKS-in yay sammitində iştirak etməyə hazırlaşır. Bu barədə onun köməkçisi Yuri Uşakov bildirib. Onun iştirakının formatı hələ məlum deyil. 

Xatirə SADİQ