Kim Çen In niyə bu qədər arıqlayıb? - Yeni FOTOLARI
Şimali Koreya lideri Kim Çen Inın son görüntüləri dünya mediasının ən çox müzakirə olunan mövzularından birinə çevrilib.
SAVASHMEDİA.az xəbər verir ki, son həftələr dövlət televiziyasının yayımladığı kadrlarda onun əvvəlki illərlə müqayisədə xeyli arıqladığı aşkar görünür.
Xüsusilə iyun və iyul aylarında yayılan rəsmi görüntülər sosial şəbəkələrdə və xarici mediada müzakirələrə səbəb olub.
Kim Çen In əvvəl
Xarici analitiklər onun üz cizgilərinin daha da incəldiyini, boyun hissəsinin əvvəlkindən nazik göründüyünü və kostyumunun bədəninə daha boş oturduğuna diqqət çəkiblər.
Onun 2026-cı ilin iyununda nüvə obyektinə səfəri zamanı çəkilmiş fotolar və bir neçə gün öncə hərbi gəmidə silah sınaqlarını izlədiyi zaman qeydə alınan görüntülər böyük təəccübə səbəb olub. Bəzi ekspertlər onun 20 kiloqramdan çox çəki itirdiyini iddia ediblər.
Kim Çen In indi
Kim Çen Inın niyə arıqladığı barədə rəsmi açıqlama yoxdur. Bunun sağlamlıq problemləri, həkim nəzarəti altında pəhriz saxlamaq və ya həyat tərzini dəyişməklə bağlı olub-olmadığı bəlli deyil.
Aytən