ABŞ-ni 4 qolla məğlub edən Belçika millisi Trampa sataşdı - "Bunu da ləğv edin"
Belçika millisi DÇ-2026-nın 1/8 finalında ABŞ üzərində 4:1 hesablı qələbədən sonra böyük səs-küyə səbəb olan paylaşım edib.
SAVASHMEDİA.az xəbər verir ki, komandanın rəsmi sosial media hesabında Romelu Lukakunun qolundan sonra çəkilmiş foto paylaşılıb və üzərinə "Bunu da ləğv edin" sözləri əlavə olunub
Paylaşım prezident Donald Trampın ABŞ millisinin futbolçusu Folarin Baloqunun qırmızı vərəqə cəzasının ləğvi ilə bağlı FIFA prezidenti Canni İnfantinoya təzyiqinə cavab mesajı kimi qəbul edilib.
Xatırladaq ki, Balogunun qırmızı vərəqəsinin qüvvədən salınması futbol ictimaiyyətində böyük narazılığa səbəb olmuşdu.
Belçikanın qələbədən dərhal sonra paylaşdığı bu qısa mesaj sosial şəbəkələrdə sürətlə yayılıb və istifadəçilərin əksəriyyəti bunu Trampa istehzalı cavab kimi qiymətləndirib.
Oğuz