Makronun bəxti gətirdi, partlayış vaxtı hoteldə deyildi - 18 yaralı var
Fransa Prezidenti Emmanuel Makronun qaldığı hotelin yaxınlığında iki partlayış baş verib.
SAVASHMEDİA.az xəbər verir ki, hadisə bu gün Suriyanın paytaxtı Dəməşq şəhərində qeydə alınıb.
Məlumata görə, mikroavtobusa və zibil konteynerinə yerləşdirilmiş bombaların partlaması nəticəsində 4-ü polis olmaqla 18 nəfər yaralanıb. Emmanuel Makron isə həmin vaxt Suriya prezidentinin iqamətgahında olduğu üçün heç bir xəsarət almayıb və səfər proqramını davam etdirir.
E.Makron sosial media hesabında paylaşım edərək Fransanın Suriya xalqını dəstəklədiyini bildirib:
"Mən buraya Suriya xalqına Fransanın dəstəyini ifadə etmək üçün gəlmişəm. Biz suverenliyini qoruyan, etnik müxtəlifliyi daxilində birliyini saxlayan və qonşuları ilə sülh şəraitində yaşayan bir Suriya naminə buradayıq. Gəlin birlikdə sabitlik və sülh naminə yeni bir səhifə açaq".
Qeyd edək ki, Fransa prezidenti iyulun 6-dan Suriyada səfərdədir. Onun Suriya prezidenti və rəsmiləri ilə görüşü bu gündən başlayıb. E.Makronun Suriyadan sonra NATO zirvəsində iştirak üçün Ankaraya səfər edəcəyi bildirilib.
Xatırladaq ki, Emmanuel Makron Suriyada Əsəd hakimiyyəti devrildikdən sonra Dəməşqə səfər edən ilk Avropa İttifaqı lideri, həm də 2009-cu ildən bəri Suriya ərazisinə ayaq basan ilk Fransa prezidentidir.
Banu